13 C
Baku
Sunday, November 24, 2024

Xalq Bankın əməliyyatlarını artıq “KorpOn” terminalları vasitəsilə həyata keçirmək mümkündür

®Artıq Xalq Bankın bütün müştəriləri “KorpOn” terminalları vasitəsilə hesaba mədaxil əməliyyatlarını həyata keçirə bilərlər. Bu xidmət müştərilərə ödəniş və inkassasiya proseslərini optimallaşdırmağa imkan yaradacaqdır.

Xalq Bankın fiziki şəxs və sahibkar fiziki şəxs müştəriləri “KorpOn” terminalları vasitəsilə cari və kart hesablarına mədaxil, hüquqi şəxslər isə cari hesaba mədaxil əməliyyatlarını rahat və vaxta qənaət etməklə icra edə biləcəklər. Terminalda AZN valyutasında olan hesablara yalnız AZN olaraq mədaxil etmək mümkündür. 

Bakı və Sumqayıt şəhəri üzrə 50-dən çox müxtəlif ünvanda yerləşən “KorpOn” terminalları ilə banka getmədən və günün istənilən vaxtı  irihəcmli nağd vəsaitəri hesaba mədaxil etmək mümkündür. Terminal vasitəsilə 1 dəqiqə ərzində 1200 əskinas sayılaraq birbaşa bank hesabına yatırılır. 

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər