23 C
Baku
Tuesday, October 1, 2024

Zelenskinin İtaliyadakı villasının ruslara icarəyə verildiyi iddia olunur

Ukrayna Prezidenti Volodimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərində yerləşən villası bir neçə rus tərəfindən kirayə götürülüb.

Bu barədə “Il Tirreno” nəşri məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl rusiyalı qadın evin ərazisindəki bağdan şəkilləri internetdə yerləşdirib. Qəzetin yazdığına görə, avqustda koreyalı turistlər Ukrayna Prezidentinin villasını 50-70 min avroya icarəyə götürməyi planlaşdırıblar. Yerli daşınmaz əmlak agentliyi onlarla əməkdaşlıq edib, lakin sövdələşmə baş tutmayıb. “Il Tirreno”nun məlumatına görə, bundan sonra mülk Rusiya vətəndaşlarına kirayə verilib.

Nəşr bu məlumatı dərc etdikdən sonra İtaliyanın digər KİV nümayəndələri daşınmaz əmlak agentliyinə sorğu göndərib. Orada məlumatı təkzib ediblər, bunu saxta xəbər adlandırıblar. Eyni zamanda, əmlak agentliyinin əməkdaşları yayda villanın cütlük tərəfindən icarəyə götürüldüyünü bildirib. Agentlikdən qeyd edilib ki, sahibləri mülkün ruslara icarəyə verilməsini qadağan edib.

Aprel ayında Forte dei Marmi şəhərinin meri Bruno Murzi Zelenskinin villası ilə bağlı təfərrüatları paylaşıb. Onun sözlərinə görə, həmin vaxt villa bağlı idi və mühafizə olunurdu.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər