14 C
Baku
Monday, October 28, 2024

Bayden deyir ki, Tramp və onun tərəfdarları “ekstremizmi təcəssüm etdirirlər”

ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp və onun tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən “ekstremizmi təcəssüm etdirirlər”.

Banker.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Filadelfiyada demokratik dəyərlər və respublikaçıların siyasətinə qarşı mübarizə ilə bağlı çıxışı zamanı deyib.

“Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar respublikamızın əsaslarını təhdid edən ekstremizmi təcəssüm etdirirlər. Bərabərlik və demokratiya təhlükə altındadır. Və əgər bunun belə olmadığı kimi davransaq, vəziyyəti özümüz üçün daha da pisləşdirəcəyik”, – deyə C.Bayden bildirib.

Qeyd edək ki, MAGA (“Make America Great Again”) D.Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna möhkəm yerləşmiş əsas siyasi şüarıdır.

Bundan əlavə, C.Bayden qeyd edib ki, Birləşmiş Ştatlar hazırda onun gələcəkdə necə ölkəyə çevriləcəyini müəyyən edəcək dönüş dövrünü yaşayır.

“İnanıram ki, Amerika dönüş nöqtəsindədir, bu, gələcəkdə işlərin necə olacağının müəyyən edildiyi anlardan biridir”, – deyə ABŞ prezidenti əlavə edib.

Son xəbərlər
Digər xəbərlər