10 C
Baku
Thursday, December 12, 2024

“Electrolux” Rusiyanı tərk edir

İsveçin peşəkar və məişət texnikası istehsalçısı olan Electrolux kompaniyası Rusiyadan gedir və biznesini yerli rəhbərliyə verir.

Bu barədə kompaniyanın cümə günü yayılan press-relizində bildirilir.

“Electrolux Rusiyadan getməyi qərara alıb və biznesini Rusiyadakı törəmə şirkətinə sataraq yerli rəhbərliyə verəcək. Təxminən 350 milyon kron (35 milyon dollara yaxın) itki bu ilin üçüncü rübündə əks olunacaq”, – mətbuat üçün məlumatda belə deyilir.

Kompaniyanın fikrincə, biznesin yerli menecmentə satılması ilə Rusiya bazarından nəzarətli və məsuliyyətli çıxış təmin olunacaq. Törəmə şirkət RF-də əvvəllər satılmış texnikaya xidmət göstərməkdə davam edəcək. Qeyd olunur ki, Elektrolux Rusiyada istehsala malik deyil və satılan şirkətə məişət texnikası göndərməyəcək.

2021-ci ildə RF-də Electrolux satışları Avropada ümumi həcmlərin 4 faizini, dünya üzrə isə 1.6 faizini təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər