11 C
Baku
Monday, November 25, 2024

Ukrayna rusiyalı fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib

Ukrayna hökuməti rusiyalı 99 fiziki və 178 hüquqi şəxsə qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Xüsusilə Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinin, Rusiya və Belarusun milli banklarının rəsmiləri sanksiyalara məruz qalıb.

“Hökumət Reinteqrasiya Nazirliyinin təşəbbüsünü dəstəkləyib və yeni sanksiyalar paketini təsdiqləyib. Söhbət 99 fiziki və 178 hüquqi şəxsdən gedir. Təkliflər baş nazirin müavini İrina Vereşçukun adından hakimiyyət orqanları tərəfindən təqdim edilib”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər