8 C
Baku
Monday, November 18, 2024

Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib

Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə yeni sürətli qatar layihəsinə start verilib.

Bunu “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəhbərinin birinci müavini Petr Dulub deyib.

O, qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Hindistan istiqamətində marşrutlar mövcuddur.

Petr Dulub “Belarus Dəmir Yolları”nın xarici ticarət mallarının çatdırılması üçün alternativ nəqliyyat və logistika zəncirləri üzrə işin prioritetini vurğulayıb. O, qeyd edib ki, Asiya dövlətlərinə daşınmaların həcmi artır, uzaq ölkələrə daşımalar həyata keçirilir. “Belarus Dəmir Yolları” Rusiya ilə fəal işləyir, o cümlədən onun liman imkanlarından istifadə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər