Rusiya silahlı qüvvələrinin nəzarətində olan Zaporojye AES elektrik şəbəkəsindən ayrılıb.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşları məlumat verib.
Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES martın 4-də Rusiyanın nəzarətinə keçib.