Banker.az olaraq banklarda sentyabr ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 12-29% aralığında müəyyən edilib.
Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.
- ABB -Kampaniya 27 sentyabr tarixinədək davam edəcək. Nağd pul kreditini əldə etmək üçün həmçinin onlayn qaydada müraciət edib eyni şərtlərlə 20 000 AZN-dək krediti rəsmləşdirmək mümkündür
- AFB Bank – Kampaniya çərçivəsində 48 ayadək verilən kreditin son 6 ayının faizlərini bank hədiyyə edir!
- Expressbank – 2 ay güzəşt müddəti, Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD hətta Platinum kredit kartları hədiyyə olunacaq.
- Kapital Bank -Yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası 0%; kampaniya 9 sentyabradək keçərlidir.
- PAŞA Bank – istehlak krediti yalnız həmin bankdan əmək haqqı alan kart sahiblərinə verilir.dir.
- Rabitəbank – Rabitəbankın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World) 1 illik hədiyyə veriləcək.
- Xalq Bank – 31.12.2022-ci il tarixədək davam edən kampaniyada neft-qaz sektorunda, müəyyən dövlət strukturlarında və bank sektorunda çalışanlar üçün: illik 12%, 15 000 AZN zaminsiz, 30 000 AZN-dək zaminliklə. (Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən filiallar istisna olmaqla digər bölgələrdə maksimal məbləğ 8 000 AZN/15 000 AZN)