9 C
Baku
Sunday, November 17, 2024

Kabildə terror aktı: Rusiyanın Əfqanıstandakı səfirliyinin iki əməkdaşı həlak olub

Əfqanıstan paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, baş verən terror aktı nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı həyatını itirib.

“Sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx təmasdadır”, deyə Rusiya XİN-nin yaydığı bəyanatda bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər