8 C
Baku
Thursday, December 12, 2024

NATO-ya Ukrayna əsilli qadın siyasətçi rəhbərlik edə bilər

Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Xristiya Friland NATO-nun yeni Baş katibi ola bilər.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “CBC News” yayıb.

Məlumata görə, Ottava, Vaşinqton və Brüsseldən olan mənbələr bildirib ki, Frilandın adı artıq bir neçə aydır ki, beynəlxalq dairələrdə bu vəzifəyə namizəd olaraq dolaşır.

Frilandın özü isə sözügedən vəzifəyə namizəd olması ilə bağlı suala cavab verməkdən yayınıb və bildirib ki, onun artıq iki işi var.

Dünya mediası bu namizədlik məsələsi fonunda Frilandın Ukraynaəsilli olmasını xatırladıb. Belə ki, Xristiya Frilandın anası ukraynalıdır.

Xatırladaq ki, NATO-ya hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər