ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Bu barədə məlumat Alyansın rəsmi saytında yer alıb.
Bildirilib ki, görüş sentyabrın 9-da Belçikanın paytaxtı Brüsseldə – NATO-nun mənzil-qərargahında baş tutacaq.
Xatırladaq ki, hazırda amerikalı diplomat Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.