Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna ordusunun son günlər genişlənən əks-hücum əməliyyatlarını şərh edib.
O, bu barədə tviter səhifəsində yazıb.
“Beləliklə, Ukrayna öz ərazilərini işğaldan azad etmək qabiliyyətini sübut etdi. İkincisi, biz Qərb silahlarından səmərəli istifadə etdiyimizi göstərdik. Bundan sonra münaqişənin dondurulması prosesi olmayacaq”, – M.Podolyak bildirib.
Müşavir qeyd edib ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır.