10 C
Baku
Friday, December 13, 2024

Dolların bahalaşması Malayziya pulunu 24 ilin ən aşağı həddinə salıb

Qlobal miqyasda güclənəın dollar və daxili siyasi risklər əhval-ruhiyyəni zəiflətdiyi üçün Malayziya ringgiti 24 ilin ən aşağı səviyyəsinə düşüb.

Banker.az xəbər verir ki, ekzotik valyuta səbətində olan ringgit bu gün daha 0.20% dəyər itirməklə 1 dollar 4.5060 ringgit olan 24 illik maksimumu yeniləyib, hansı ki, bu 2017-ci ildə USD/MRY 4.5015 səviyyəsinə çatsa da sonradan korreksiya edib artım bir qədər səngimişdi. Malayziya valyutası hazırda Asiya Maliyyə Böhranı zamanı olan 1998-ci ilin yanvarından bəri ən zəif səviyyədədir.

Yenidən canlanan dollar regional valyutalara təzyiq göstərir, çünki treyderlər Federal Ehtiyatın inflyasiyanı ram etmək üçün böyük faiz artımları ilə irəliləyəcəyini düşünürlər.

Malayziya üçün siyasət bəzi partiya liderlərinin gözləniləndən daha yaxşı iqtisadi artımdan yararlanmaq üçün erkən seçkiyə sövq etməsi ilə daha bir qeyri-müəyyənlik mərhələsini əlavə edir.

321312312312

Son xəbərlər
Digər xəbərlər