Ermənistan müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti sabitləşdirmək üçün lazımi addımlar atmaq barədə razılaşıblar.