“Təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
“Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb”, – o vurğulayıb.