9 C
Baku
Thursday, December 12, 2024

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

Nazirlər Kabinetindən  bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər