Qərbin sanksiyaları Rusiyanın Ukraynadakı müharibə üçün müasir silahlar istehsal etmək qabiliyyətinə zərər verməyə başlayıb.
Bu barədə NATO-nun baş hərbi müşaviri Rob Bauer danışıb.
O qeyd edib ki, rusların silah sistemləri üçün lazım olan komponentlərin bir hissəsi Qərb şirkətləri tərəfindən istehsal edilir.
“Məsələn, qanadlı raketlərin və daha təkmil silahların istehsalında problemlər yaranıb”, – deyə NATO rəsmisi bildirib.
Bauer deyib ki, müharibənin hər iki tərəfi silah baxımından problemlərlə üzləşib: “Bildiyimizə görə, ruslar hələ də kifayət qədər sənaye bazasına malikdirlər və çoxlu sursat istehsal edə bilirlər. Və onların hələ də çoxlu sursatları var”.
ABŞ, Avropa İttifaqı və digər ölkələr fevralın 24-də Rusiyaya müasir texnologiyaların satışına qadağa qoyub.