11 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi 3 dəfəyə yaxın artıb

Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində göstəriciləri açıqlayıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ilin 8 ayı ərzində ümumilikdə 2 847 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2.261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2.8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16.8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə, yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən 55 milyon manata yaxın vəsait büdcəyə ödənilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər