27 C
Baku
Saturday, April 27, 2024

Moskva-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti nə qədərdir?

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar açıqlama verib.

Banker.az AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir ki, aviaşirkət tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri belədir:

– ekonom sinif – 409 avro;
– biznes sinif – 769 avro;
– “VIP Club” tarifi – 869 avro.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd olunur ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər