13 C
Baku
Tuesday, May 7, 2024

“Isuzu” Rusiyada istehsalı dayandırmağı nəzərdən keçirir

Yaponiyanın “Isuzu” avtokonserni Rusiyada avtomobil istehsalını dayandırmaq imkanını nəzərdən keçirir. Bu barədə sentyabrın 27-də “İnterfaks” agentliyi Yaponiya mətbuatına istinadən məlumat yayıb.

Şirkət bu qərarı Rusiyanın Ulyanovsk şəhərindəki avtomobil zavodunun obyektlərinə komponentlərin tədarükünün mümkünsüzlüyünə görə qəbul edə bilər.

“Isuzu” brendi 2006-cı ildən Rusiya Federasiyasında rəsmi olaraq təmsil olunur. “Isuzu” kommersiya avtomobillərinin sırasına ümumi çəkisi 3.5 ilə 33 ton arasında olan şassilər, həmçinin “Isuzu D-Max” kommersiya pikapları daxildir.

Qeyd edək ki, həmçinin “Toyota” və “Mazda” da Rusiyada fəaliyyəti dayandırmağa qərar veriblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər