18 C
Baku
Sunday, September 29, 2024

Banklar depozit və əmanətlər üzrə orta faiz dərəcəsini artırıblar

Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Banker.az AMB-nin cari ilin 1 sentyabr tarixinə olan hesabatına istinadən xəbər verir ki, orta faiz dərəcəsi manatda depozit və əmanətlər üzrə 8.86% təşkil edir. Bu göstərici avqustun 1-inə olan hesabatla müqayisədə 1.42%, ötən ilin 1 sentyabr tarixinə olan hesabatla müqayisədə isə 0.23% çoxdur.

Hesabata istinadən, dollarda depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 1.62%-dir. Avqust ayı ərzində bu göstərici 0.32%, illik müqayisədə 0.72% artıb.

Son xəbərlər
Digər xəbərlər