-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bankları kreditləri ortalama neçə faizlə verirlər?

Azərbaycanda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi açıqlanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin 1 sentyabr tarixinə olan hesabatına istinadən xəbər verir ki, manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 17.16% təşkil edib. Bu da illik müqayisədə 0.68% az, cari ilin avqustun 1-inə olan göstərici ilə müqayisədə isə 0.49% çoxdur.

Hesabata əsasən, dollarla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5.07%-dir. Bu göstərici illik müqayisədə 0.52%, avqustun 1-inə olan göstərici ilə müqayisədə isə 0.99% artıb.

Son xəbərlər
Digər xəbərlər