14 C
Baku
Saturday, November 23, 2024

Aİ Rusiya gübrəsini və sementini sanksiyalardan çıxaracaq

Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində bir sıra məhdudiyyətləri yumşaltmağı, xüsusən də Rusiya gübrələrinin, sementin və digər məhsulların daşınmasına qoyulmuş qadağanı aradan qaldırmağı nəzərdən keçirir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Aİ Yunanıstan, Kipr və Maltanın Rusiya neftinin tankerlərlə daşınmasına məhdudiyyətlərin qoyulmasına dəstək verməsi üçün güzəştə gedəcək.

Kipr və Yunanıstan Rusiya neftinin nəqlindən böyük gəlir əldə etdikləri üçün keçmiş sanksiyalar paketlərində tankerlərin daşınmasına yönəlmiş tədbirlərə qarşı çıxıb.

Sənəddə qeyd edilir ki, “dünyanın ərzaq və enerji təhlükəsizliyini təmin etmək üçün” müəyyən malların, o cümlədən kömür və əlaqədar məhsulların daşınmasına icazə verilməlidir. Təlimatda həmçinin gübrələr, ağac və sement məmulatları da qeyd olunur.

Aİ səfirləri bu gün, sentyabrın 28-də Avropa Komissiyası ilə yeni məhdudiyyətləri müzakirə edəcəklər. Ukrayna təkid edir ki, yeni sanksiyalar paketinə Rusiya Federasiyasının nüvə sənayesi və Rusiya qazına qoyulan embarqo da daxil edilsin. Avropa İttifaqı və ABŞ dekabrın 5-də, Aİ embarqosunun qüvvəyə mindiyi vaxta qədər Rusiya neftinin qiymətini məhdudlaşdıran mexanizm tətbiq etməyə ümid edir.

Son xəbərlər
Digər xəbərlər