İsveç Daxili İşlər Nazirliyinin nümayəndə heyəti gələn həftə NATO danışıqları üçün Türkiyəyə gedəcək.
Bu barədə İsveç xarici işlər naziri Ann Linde ölkənin rəsmi xəbər agentliyi olan “TT”-yə bildirib.
O qeyd edib ki, Türkiyə ilə danışıqlar heç bir problem olmadan davam edir.
“Ancaq Türkiyənin İsveçin NATO-ya üzvlüyünü nə vaxt ratifikasiya edəcəyini bilmirəm. Keçən həftə Nyu-Yorkda BMT-nin toplantısında türk həmkarım Çavuşoğlu ilə görüşdüm. Danışıqları nəzərdən keçirdik, Hər şey yaxşı gedir. Biz razılaşmaya sadiqik”,- deyə o qeyd edib.