ABŞ “LUKOIL”un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 19-da başa çatacaq lisenziyanın müddətini oktyabrın 22-dək uzadıb. Lisenziya “LUKOIL” ilə danışıqlar aparmağa və “LUKOIL International GmbH”nin (LIG, şirkətin xarici aktivlərinə sahibdir) və ya onun nəzarətində olan hər hansı şirkətin satışı ilə bağlı şərti razılaşmalar imzalamağa icazə verir.

Bununla belə, istənilən əqdlər OFAC-ın ayrıca icazəsi ilə təsdiqlənməlidir.

Qeyd olunub ki, 22 oktyabr 2025-ci ildə OFAC “LUKOIL”u və onun bir sıra törəmə cəmiyyətlərini sanksiyalar siyahısına (SDN List) daxil edib. Sanksiya məhdudiyyətləri tətbiq edildikdən sonra “LUKOIL” xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

2026-cı ilin yanvar ayının sonunda “LUKOIL” Amerikanın “Carlyle” investisiya şirkəti ilə “LUKOIL International GmbH” şirkətinin satışı barədə saziş bağlayıb. Müqavilə OFAC tərəfindən təsdiqlənilməni gözləyir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər