9 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: “Mənim tanıdığım Putin ağlında nə varsa onu da edər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk-Kanal D birgə canlı yayımında Rusiya və Ukrayna arasında müharibədə nüvə təhlükəsinin olub-olmaması ilə bağlı sualı cavablandırıb. Banker.az xəbər verir ki, Ərdoğan cavabında belə deyib: “Mən bu barədə düşünmək istəmirəm. Yəni, nüvə müharibəsinə getməyin sonu fəlakətdir. Bu barədə nəinki danışmaq, heç düşünmək lazım deyil. Düşünürəm ki, bu məsələni gündəmə gətirmədən diplomatik yolla həll etmək ən uyğun addım olardı. Biz də belə bir addım atmaq istəyirik. Çünki hətta Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilməsi və Rusiyanın qismən səfərbərlik qərarı verməsi də narahatlıq doğurur. Görünür, kimlərsə həmişə işə bu tərəfdən yanaşıblar. Bu cür hadisələr diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirir və həm də qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır”.

Ərdoğan qeyd edib ki, referendumun ilhaqla nəticələnə biləcəyindən narahatdır: “Narahat olduğum qərar çıxa bilər, çünki mənim tanıdığım cənab Putin ağlında nə varsa onu da edər, belə bir vəziyyət də var. Ona görə də sabahkı görüşümüz mənim üçün çox önəmlidir. Ümid edirəm ki, görüş təyin olunar. Ümid edək ki, diplomatiyanı işin içinə daxil edə biləcəyik”.

Son xəbərlər
Digər xəbərlər