Almaniyanın müdafiə naziri Kristin Lambrext şənbə günü elan olunmamış səfərlə Odessaya gedib və burada ukraynalı həmkarı Aleksey Reznikov ilə görüşüb.
O, IRIS-T SLM hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.
“Ukrayna hazırda inanılmaz miqdarda hava hücumları ilə üz-üzədir, buna görə də bizim daha çox hava hücumundan müdafiə dəstəyi verməmiz çox vacibdir”, – Lambrext bildirib.
Almaniyanın Müdafiə Nazirliyi “Twitter”də onun Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib.
“Biz nə qədər vaxt lazımdırsa, dostlarımızı dəstəkləyəcəyik”, – nazirlikdən qeyd olunub.