“Fenix Trade” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında şirkətə məxsus dəniz məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsullar istehlaka yararsız və istifadə müddəti bitmiş olub.
Onların ümumi çəkisi 200 kq təşkil edib.