2022/23-cü il istilik mövsümü ərzində Azərbaycandan Avropaya boru xətti ilə qaz tədarükü illik müqayisədə 70 faiz artacaq.
Qaz nəqli 33 milyon kubmetr/sutka təşkil edəcək.
“2022-ci ilin səkkiz ayı ərzində Azərbaycandan Aİ-yə qaz nəqli 50 faiz artıb. Avropa Komissiyası iyul ayında Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq barədə anlaşma memorandumu imzalayıb. Sənəddə qeyd olunur ki, 2022-ci ilun sonunda Azərbaycan qazının tədarükü 12 milyard kubmetrə çata bilər.