18 C
Baku
Monday, April 29, 2024

Bakı Fond Birjasında əməliyyatların ümumi həcmi azalıb

Bakı Fond Birjasında 01.01.2022-30.09.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,146,107,204 manat təşkil edib. Ötən ilin eyni dövründə isə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,947,606,367 manat olub.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 130 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunmuşdur.

2022-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası
4,106,547,561 manat təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər