11 C
Baku
Monday, November 25, 2024

Rusiya səfiri Qazaxıstan XİN-ə çağırılacaq

Bu gün Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin danışıqlar üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Qazaxıstan XİN hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna səfiri ilə bağlı açıqlaması Astana ilə Moskva arasında münasibətlərin xarakterinə ziddir.

Bildirilib ki, Ukraynanın Qazaxıstandakı yeni səfirinin namizədliyi nəzərdən keçirilir.

Xatırladaq ki, ölkəni tərk etdiyi bildirilən Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovski yenidən Astanaya qayıtdıqdan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb.

Qeyd edək ki, ukraynalı səfir ruslara qarşı “Nə qədər çox rus öldürərsək, o qədər də bizim uşaqlar az öldürməli olacaq” ifadəsini işlədərək Qazaxıstanla Rusiya arasında gərginliyə yol açıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər