Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Borodavkinin bu ölkəyə çağırılması ilə bağlı açıqlama yayıb.
Nazirliyin açıqlamasında Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukraynanın Qazaxıstandakı səfiri ilə bağlı səsləndirdiyi fikirlərə görə XİN-ə çağırıldığı və onunla kifayət qədər sərt söhbət aparıldığı bildirilib.
Həmçinin rusiyalı səfirə Zaxarova tərəfindən səsləndirilən fikirlərin Qazaxıstan və Rusiya arasındakı eyni hüquqlu strateji əməkdaşlığa uyğun olmadığı və iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi vurğulanıb.