Türkiyənin Ərzurum şəhərindən Azərbaycana ixrac olunan məhsulların miqdarı sentyabr ayında artıb.
Azərbaycan təkcə ötən ay yüksək dəyərdə ixrac edilən məhsullara görə ən çox pay sahibi olan ölkələr arasında ikincidir. Ümumilikdə yanvar-sentyabr göstəricilərinə görə isə Azərbaycan ilk üçlükdədir.
Sentyabr ayında Ərzurumdan Azərbaycana ixrac edilən məhulların həcmi 28.8% artıb. Qeyd edilən dövrdə qardaş ölkənin bu şəhərindən Azərbaycana 356.7 min dollarlıq məhsul ixrac edilib.
Ümumumilkdə isə yanvar-sentyabr ayları ərzində Ərzurumdan Azərbaycana 2.2 mln. dollar məhsul ixrac olunub.