-1 C
Baku
Sunday, December 15, 2024

Oktyabrın ikinci iş həftəsi neft dəyər itirir – Səbəb?

Həftənin ikinci iş günü neft qiymətləri ucuzlaşaraq, əvvəlki sessiyada təxminən 2% itkisini artırdı.

Banker.az xəbər verir ki, bu azalmanın səbəbi ABŞ dollarının bir qədər güclənməsi və Çində COVID-19 yoluxmalarının alovlanması qlobal tələbin yavaşlaması ilə bağlı narahatlıqların artmasıdır.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.44 ABŞ dolları və ya 0.43% azalaraq, 102 dollar təşkil edib.

Brent markalı neftin fyuçersləri əvvəlki sessiyada 1.73 dollar ucuzlaşdıqdan sonra bu gün, Bakı vaxtı ilə 09:00-da daha 44 sent və ya 0.46% ucuzlaşaraq bir barel üçün $95.78 olub. Qərbi Texas nefti əvvəlki sessiyada $1.51 dəyər itirdikdən sonra 54 sent və ya 0.59% azalaraq 90.73 dollar/barel olub.

Həftənin çərşənbə axşamı dollar yüksələn faiz dərəcələri ilə bağlı narahatlıqlar və investorları narahat edən geosiyasi gərginliklərlə bahalaşıb.

Güclü dollar nefti digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdıraraq ona olan tələbatı azaltmalı olur.

FED sədrinin müavini Lael Brainard bazar ertəsi günü bildirib ki, bu günə qədər faiz artımları iqtisadiyyatı yavaşlatmağa başlayıb və daha sərt siyasətin bütün yükü gələcək aylarda hələki hiss olunmayacaq.

Analitiklərə görə, əmək bazarı ilə bağlı güclü statistika FED-in gələn ay keçiriləcək iclasında daha 75 baza bəndlik faiz artımı gözləntilərini gücləndirdi və qlobal neft tələbi üçün aşağıya doğru risk qoyur.

Analitiklər onu da bildirir ki, Çində Kommunist Partiyası Konqresi ərəfəsində davam edən sıfır COVID-19 siyasəti tələbata kömək etmir.

Dünyanın ikinci ən böyük neft istehlakçısında COVID-19 yoluxmalarını avqust ayından bəri ən yüksək səviyyəyə artırıb. Sentyabr ayında onun xidmət fəaliyyəti dörd ayda ilk dəfə azaldı, çünki pandemiya məhdudiyyətləri ağırlaşdı.

Oktyabrın əvvəlindən Daxili Monqolustanda yüksək ötürücülük qabiliyyətinə malik Omicron alt variantları “BF.7” tərəfindən törədilən minlərlə yoluxma qeydə alınıb və bu, regionu ölkənin ən son COVID episentrinə çevirib.

OPEC və Rusiya da daxil olmaqla OPEC+ kimi tanınan müttəfiqlər keçən həftə hasilat hədəfini gündəlik 2 milyon barel azaltmaq qərarına gəldilər və bu, neft tədarükünün azalması ilə bağlı narahatlıqları daha da artırdı.

Aİ-nin Rusiya xammalı və neft məhsullarına qarşı sanksiyaları müvafiq olaraq dekabr fevral aylarında qüvvəyə minəcək, blok keçən həftə Rusiya neftinin ixracına tavan qiymət də daxil olmaqla Rusiyaya qarşı yeni sanksiyalar paketi üçün yekun təsdiqini verib.

Hindistanın Neft naziri Hardeep Singh Puri Reuters agentliyinə bildirib ki, Hindistan Rusiya ilə “sağlam dialoqu” davam etdirir və “Saxalin-1” neft-qaz layihəsinə elan edilmiş mülkiyyətin dəyişdirilməsindən sonra təkliflərə baxacaq.

Ötən həftə sonu Rusiya “Exxon Mobil”in 30% payını ələ keçirməyə icazə verən fərman verib və Rusiya dövlət şirkətinə Hindistanın “ONGC Videsh” də həmin səhmləri almaq imkanı əldə edə bilir.

Son xəbərlər
Digər xəbərlər