9 C
Baku
Thursday, December 12, 2024

“Nissan”ın Rusiyadakı zavodu dövlət mülkiyyətinə keçir

Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sankt-Peterburqdakı “Nissan” zavodu və şirkətin Moskvadakı satış və marketinq mərkəzi Rusiyanın dövlət mülkiyyətinə keçəcək.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Müqavilənin məbləği açıqlanmır. Nazirlik bildirib ki, müqaviləyə “Nissan Manufacturing Rus”un növbəti altı il ərzində həyata keçirilə biləcək payının geri alınması variantı da daxildir.

Bundan əvvəl, sentyabrın 12-də Sankt-Peterburqdakı Nissan zavodunda dayanma müddətinin 2022-ci ilin sonuna qədər uzadıldığı bildirilmişdi. Yaponiyanın “Nikkei Shimbun” qəzeti bu qərara səbəb kimi hissələrin Avropa və Yaponiyadan tədarükü ilə bağlı çətinlik olduğunu yazmışdı.

Son xəbərlər
Digər xəbərlər