“S&P Global Market Intelligence” ABŞ iqtisadiyyatının bu ilin dördüncü rübündə tənəzzülə girəcəyini gözləyir. Gələn ilin nəticələrinə görə, ölkənin ÜDM-si “S&P” analitiklərinin hesablamalarına görə, 0.5% azalacaq. Beləliklə, şirkət ABŞ-ın iqtisadi inkişaf dinamikası ilə bağlı öz proqnozunu ciddi şəkildə pisləşdirib. Bundan əvvəl “S&P” 2023-cü ildə ABŞ iqtisadiyyatının 0.9% artacağını proqnozlaşdırmışdı.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“S&P” proqnozlaşdırır ki, ABŞ iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə bərpa olunmağa başlayacaq.
Digər maliyyə şirkətləri də ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı mənfi proqnoz veriblər. Xüsusilə, “JPMorgan Chase”in rəhbəri Ceymi Daymon ABŞ-ın yaxın altı-doqquz ay ərzində tənəzzülə uğraya biləcəyini söyləyib. Eyni zamanda, cənab Daymon qeyd edib ki, hazırda istehlak aktivliyi və Amerika iqtisadiyyatının vəziyyəti 2008-ci il qlobal maliyyə böhranı dövründəkindən daha yaxşıdır.