Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi sabah müzakirə olunacaq.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.
“Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Sabah bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, – Klaar bildirib.