Yer təkindən istifadə ilə bağlı 11 noyabr 2022-ci il tarixində saat 11:00-da hərrac keçiriləcək.
Banker.az xəbər verir ki, hərraca Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” qum-çınqıl yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı çıxarılır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 195-1, tel: (012) 566-07-44
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 02 noyabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.
Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı
N | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Bayan | LOT-1 | 172 980 m3 | 0.50 ha | üzlük daşı | 20 il | 601325.9520
4492952.5150 |
17 298 | 1 729 |
Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı
N | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Yuxarı Ağcakənd | LOT-1 | 408 658 m3 | 5.0 ha | gips | 25 ilə qədər | 625 953
447 2574 |
40 865 | 4 086 |
Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Qarasuçay | LOT-1 | 135 000 m3 | 3.0 ha | qum-çınqıl | 6 il | 649164.36
4491696.93 |
13 500 | 1 350 |
2. | Qarasuçay | LOT-2 | 225 000 m3 | 5.0 ha | qum-çınqıl | 9 il | 649054.11
4491584.54 |
22 500 | 2 250 |
3. | Qarasuçay | LOT-3 | 225 000 m3 | 5.0 ha | qum-çınqıl | 9 il | 648252.41
4491337.47 |
22 500 | 2 250 |
4. | Qarasuçay | LOT-4 | 225 000 m3 | 5.0 ha | qum-çınqıl | 9 il | 648040.65
4491237.10 |
22 500 | 2 250 |
5. | Qarasuçay | LOT-5 | 225 000 m3 | 5.0 ha | qum-çınqıl | 9 il | 648264.25
4490984.80 |
22 500 | 2 250 |
6. | Qarasuçay | LOT-6 | 225 000 m3 | 5.0 ha | qum-çınqıl | 9 il | 647898.11
4490572.96 |
22 500 | 2 250 |
Balakən rayonu “Təpəçöl” qum-çınqıl yatağı
N |
Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc
qiyməti |
Beh məbləği
(10%) |
1. | Təpəçöl | LOT-1 | 24 074 m3 | 1.6 ha | qum-çınqıl | 3 il | 599637.1616
4615055.8458 |
2 407 | 240 |