10 C
Baku
Tuesday, November 26, 2024

Belarus XİN Zelenskinin təklifinə qarşı çıxıb

Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus-Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.

Belarus XİN rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, Qərb ölkələrinin nümayəndələri Belarus-Ukrayna sərhədinə göndərilsə, bu, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb olunması demək olacaq.

Belarus rəsmisi ölkəsinin Qərb sərhədindəki vəziyyət barədə də danışıb:

“Sərhədə hərbi texnika və silahlar köçürülür, hərbi qulluqçular yığılır. Biz buna göz yummamalıyıq. Təbii ki, adekvat cavab tədbirləri, o cümlədən hərbi tədbirlər hazırlanacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər