10 C
Baku
Wednesday, December 11, 2024

Blinken ABŞ və Çin arasındakı rəqabəti izah edib

ABŞ və Çin beynəlxalq arenada nizam istəyir, lakin Pekin “antiliberal” dünya nizamının tərəfdarıdır.

Bunu bazar ertəsi Stenford Universitetində tədbirdə ABŞ dövlət katibi Entoni Blinken deyib.

E.Blinken vurğulayıb ki, ABŞ dünyada nizamın təşkilində aparıcı rol oynamaqda maraqlıdır.

“Çin də nizam istəyir, amma bu, anti-liberal nizamdır. Hədəflədiyimiz nizam mükəmməl deyil, lakin daha liberaldır. Və bu rəqabətin mahiyyəti budur”, – deyə dövlət katibi bildirib.

Dövlət katibinin sözlərinə görə, Pekinin xaricdəki fəaliyyəti son vaxtlar daha aqressiv xarakter alıb. E.Blinken hesab edir ki, belə bir mövqe ABŞ-ın “maraqlarına və dəyərlərinə meydan oxumaqdır”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər