10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Çeçen İçkeriya Respublikasının suverenliyini tanıyıb

Ukrayna Ali Radası Çeçen İçkeriya Respublikasının suverenliyini tanıyıb.

Ali Rada “Çeçen İçkeriya Respublikasını Rusiya Federasiyasının müvəqqəti işğalı altında olan ərazi kimi tanıyıb və Rusiyanın çeçenlərə qarşı soyqırımı siyasətini qınayıb”.

Ali Radanın plenar iclasında səsə qoyulan qətnaməni 287 xalq deputatı dəstəkləyib. Qətnamədə qeyd olunub ki, “Ali Rada Rusiya Federasiyası tərəfindən Çeçen İçkeriya Respublikasına qarşı birinci (1994-1996-cı illər) və ikinci (1999-2009) müharibələr zamanı törədilmiş cinayətləri, çeçen xalqına qarşı soyqırımı siyasətini qınayır”.

Qətnamədə bu siyasətin çar rejiminin 1817-1864-cü illər, həmçinin sovet hökumətinin 1944-cü illərdə törətdiyi “cinayətkar əməllərlə oxşarlıq təşkil etdiyi” vurğulanıb. Ali Rada həmçinin BMT-nin üzv ölkələrini və beynəlxalq təşkilatları Rusiya Federasiyası tərəfindən Çeçen İçkeriya Respublikası ərazisində törədilmiş beynəlxalq cinayətkarlıq əməllərinin müstəqil və qərəzsiz araşdırılmasının və bu cinayətləri törədənlərin ədalət qarşısına çıxarılmasının təmin edilməsinə çağırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər