ABŞ prezidenti Co Baydenin administrasiyası donanma üçün yeni qanadlı raketlərin hazırlanması layihəsini maliyyələşdirməyib (SLCM-N).
Bayden bildirib ki, ABŞ-ın “SLCM-N” raketlərinə ehtiyacı yoxdur. Yeni raketin layihələndirilməsi digər prioritetlərə, o cümlədən nüvə arsenalının modernləşdirilməsinə ziyan vura bilər.
Ağ Evdə hesab edirlər ki, ölkədə kifayət qədər raket ehtiyatı var. Yeni raketlərin hazırlanması donanmada əməliyyatların mürəkkəbləşməsinə səbəb ola bilər.