15 C
Baku
Sunday, November 24, 2024

Tokayev: “Dünya yüksək geosiyasi təlatüm dövrünə qədəm qoyub”

“Dünya yüksək geosiyasi təlatüm və görünməmiş qlobal çağırışlar dövrünə qədəm qoyub”.

Bu sözləri Jetısus vilayətinin ictimaiyyət nümayəndələri ilə görüşən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

Qazaxıstan Prezidenti vurğulayıb ki, qazax cəmiyyətini parçalamaq cəhdlərinin qarşısı çox ciddi şəkildə alınacaq.

“Qanun və asayiş birinci yerdə olmalıdır, yalnız bu əsasda biz xalqımızın rifahını təmin edə bilərik. Müstəqillik, birlik və sabitlik hamımızın qorumalı olduğu əsas dəyərlərdir”, – deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Tokayev çıxışının davamında əlavə edib ki, yaşadığımız dünyada münaqişələr və müharibələr artır, ölkələr arasında inamsızlıq özünü kəskin şəkildə göstərir:

“Belə mürəkkəb reallıqda xalqımızın birliyi, cəmiyyətdə harmoniya və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkəmizin gələcək tərəqqisinin, eləcə də Qazaxıstanın ərazi bütövlüyünün qorunub saxlanılmasının, ölkəmizin təhlükəsizliyinin təmin edilməsinin əsas şərtidir”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər