“Inditex” (“Zara”, “Massimo Dutti”, “Pull&Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” və digər brendlərin sahibi) Rusiyadakı aktivlərini Livanın “Azadea” şirkətlər qrupuna sata bilər.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Məlumata görə, şirkət 2023-cü il yanvarın 31-dək Rusiyada fəaliyyət göstərməklə bağlı yekun qərar verəcək. Qeyd edək ki, “Azadea” artıq BƏƏ, Əlcəzair, Misir, Oman, Qətər, İordaniya, Bəhreyn, Küveyt və Livanda adıçəkilən mağazaların françayzinqlərini idarə edir. O, həmçinin Amerikanın “Gap” və “Urban Outfitters”, İtaliyanın “Tezenis”, o cümlədən “Adidas”, “Reebok” və “Decathlon” idman brendlərinin françayzidir.
Martın 5-də “Inditex” Rusiyada 9000-dən çox əməkdaşın işlədiyi 502 mağazanı və onlayn platformanı müvəqqəti bağlayıb. İspaniyanın “Modaes” nəşrinin məlumatına görə, fevralın 24-dək Rusiya bazarı “Inditex” üçün ən böyük bazarı olub: o, şirkətin qlobal mənfəətinin 8.5%-ni təşkil edib.