14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycana Rusiyadan idxal edilən 90 ton kartof çürük çıxıb

Rusiyadan Azərbaycana idxal edilmiş 90 tona yaxın istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, Səfər Nağıyev Ələsgər oğlu tərəfindən Rusiyada fəaliyyət göstərən Sovzixanov Nurdin Sovzixanoviçə məxsus müəssisədən idxal edilən 67 ton və “Əkinçi -10 2021” MMC tərəfindən Rusiyada fəaliyyət göstərən Mahmudov Rafael Niyazi oğluna məxsus müəssisədən idxal edilən 20.2 ton  toxumluq kartof məhsulundan götürülən nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” – kartof yumrularında halqavari bakterial çürümə, “Clavibacter michiganensis subsp.michiganensis (Smith, Davis et al)” – bakterial xərçəng) aşkar edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər