Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 985 ABŞ dollarınadək enib.
Banker.az xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 985.25 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14.4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.