Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturunun bərpası üçün bir milyard avro təcili yardım ayırıb.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın bərpası ilə bağlı Berlində keçirilən beynəlxalq donor konfransından sonra mətbuat brifinqində deyib.
“Rusiya mülki infrastrukturu hədəf alır, xüsusilə enerji infrastrukturunu. Hazırda biz bu infrastrukturu bərpa etmək üçün bir milyard avro humanitar yardım ayıraraq Ukrayna ilə birlikdə işləyirik. Biz Ukraynaya 400 elektrik generatoru vermişik və bu hamısı deyil”, Avropa Komissiyasının prezidenti deyib.