Türkiyənin bu il ərzində xarici ölkələrə 4 milyard dollarlıq müdafiə sənayesi məhsulunu ixrac edəcəyi gözlənilir.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir “SAHA EXPO”- 2022 Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin açılış mərasimində bildirib.
O qeyd edib ki, Türkiyə müdafiə sənayesi sahəsində artıq qabaqcıl ölkəyə çevrilib, məhsulların istehsalı 80 faizlik yerli imkanlarla aparılır.
Dəmir əlavə edib ki, Türkiyə hərbi gəmilər inşa edə bilən 10 ölkə arasındadır.