“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin ilk üç rübündə 9.57 milyon xalis mənfəət əldə edib.
Bu barədə Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 53% artaraq 18.61 mln. manat təşkil edib. Burada artıma əsas dəstək müştərilərə verilən kreditlər üzrə faiz gəlirlərinin 67% artımla 15.79 milyon manata yükəlməsidir.
Bununla belə banın faiz xərcləri 74% artımla 5.82 milyon manat olub bu da onun ilin ilk 9 ayında 12.21 mln. manatlıq xalis faiz gəliridir.
Bank 10.9 mln. manat qeyri-faiz və 21.87 mln. manat qeyri-faiz xərci olub.
Beləliklə, bank cəmi 1,24 milyon manat əməliyyat mənfəəti əldə etmiş, 8.33 milyon manat problemli kreditlərin geri dönüşü hesabına onun xalis mənfəəti 9.57 milyon manata yüksəlib. Bank öncəki ildə 3.92 mln. manat xalis mənfəət əldə etmişdi.
1 oktyabr 2022-ci il tarixinə bankın balansında öncəki illərdən yığılmış zərər 239.17 mln. manata düşüb.