13 C
Baku
Monday, September 30, 2024

NATO noyabrda Ukraynadakı vəziyyəti müzakirə edəcək

NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin noyabrın 29-30-da Rumınıyanın Buxarest şəhərində keçiriləcək toplantısında Ukraynadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Bu barədə NATO-nun mətbuat xidməti oktyabrın 26-da məlumat yayıb.

Toplantıya Alyansın Baş katibi Yens Stoltenberq sədrlik edəcək.

Məlumata görə, iclasın gündəliyi və görüşlə bağlı başqa detallar sonra açıqlanacaq.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin görüşü oktyabrın 12-13-də keçirilib. Toplantıda Ukraynaya yardımı davam etdirmək və qurumun müdafiəsinin gücləndirilməsi kimi məsələlər müzakirə olunmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər